Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqust 2015 - №32

 

Şuşa rayonunun yeniyetmələri arasında məhəllələrarası mini-futbol turniri keçirilib

 

Böyütmək üçün seçinBakıdakı 284 nömrəli tam orta məktəbin futbol meydançasında Binəqədi rayonu ərazisində məskunlaşmış Şuşa rayonunun yeniyetmələri arasında məhəllələrarası mini-futbol turnirinə start verilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, yarışın rəsmi açılış mərasimində Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, BŞGİBİ-nin baş məsləhətçisi Salman Əbdülov və digərləri iştirak ediblər. Çıxış edənlər futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu, həmçinin bir çox məktəblərin nəzdində süni ot örtüyü ilə döşənmiş mini-futbol meydançalarının yüksək səviyyədə tikilib istifadəyə verildiyini bildiriblər.

Tədbirin sonunda qalib komandaların üzvləri müvafiq dərəcəli diplomlarla, futbol formaları ilə və kubokla təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov