Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2015 - №33

 

Bakı Dövlət Universitetinin müəllimləri Türkiyə səfərindən dönüblər

 

Böyütmək üçün seçinBakı Dövlət Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən jurnalistika fakültəsinin bir qrup müəllimi radio və televiziya jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimovanın rəhbərliyi ilə 17-27 avqust tarixlərində Türkiyə Respublikasında səfərdə olub.

Rektor, akademik Abel Məhərrəmov səfərdən dönən nümayəndə heyətini qəbul edib.

Görüşlər barədə ətraflı məlumat verən dosent Aynur Kərimova bildirib ki, nümayəndə heyəti səfər müddətində dövlət universitetlərindən İstanbul, Qazi və Ankara, o cümlədən Bahçeşehir, Yeditepe, Kadir Has və Başkent kimi özəl universitetlərdə olub. Adıçəkilən universitetlərin rektorları, iletişim fakültələrinin rəhbərləri və müəllimlərlə keçirilən görüşlərdə tədris proqramları, fənnin tədris metodikası müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri təhlil edilib. Müəllimlər həmçinin bu ali təhsil ocaqlarının maddi-texniki bazası, iletişim fakültələrinin teleradio, foto, dizayn studiyaları ilə yaxından tanış olublar.

Rektor, akademik Abel Məhərrəmov nümayəndə heyətinin keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edərək bütün bunların jurnalistika fakültəsində aparılacaq islahatlara müsbət təsir göstərəcəyini qeyd edib.

Xatırladaq ki, nümayəndə heyəti səfər zamanı həmçinin TRT-nin İstanbul və Ankara bürolarında,  Anadolu Ajansında olub, Qazi Universitetində TRT baş direktoru Şenol Göka, Qazi Universitetinin rektor yardımçısı Mehmet Türker və İletişim fakültəsinin dekanı Zakir Avşarın iştirakı ilə keçirilən konfransa da qatılıb. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov