Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Beynəlxalq müsabiqələr laureatı 2 qızıl medalla təltif olunub

 

Jalə  Mayılova  2000-ci ildə  Bakıda anadan olub.   Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində   əməkdar müəllim Tamilla  Məmmədovanın sinfində  fortepianonun sirlərinə dərindən   yiyələnir.  Gənc yeniyetmə  10 yaşında olarkən  Polşanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə keçirilən Şopen  müsabiqəsində  uğurlu  çıxışına görə diplomla mükafatlandırılıb.   2011-ci ildə Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə  keçirilən VIII Respublika baxış-müsabiqəsində I,  "Kainat" Gənclik mərkəzinin və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən  İslam dünyası  gənclərinin 20 yaşadək  klassik musiqi  ifaçılarının  I  Beynəlxalq müsabiqəsində  I yeri tutaraq qalib adını qazanıb.  O, Rusiyanın Samara vilayətində  təşkil olunan Uşaq Musiqi Akademiyasında  Rostislav Krimerdən ustad dərsləri alıb.  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  keçirilən gənc pianoçuların  II Respublika müsabiqəsinin laureatı adını qazanan gənc fortepianoçu  Almaniyanın Münhen şəhərində keçirilən "Münhen ulduzları"  müsabiqəsində  həm solo, həm də ansambl nominasiyalarında məharətli çıxışına görə  qızıl medalla,  Ukraynada keçirilən  X beynəlxalq musiqi müsabiqəsində  "İnduvidualis" laureat  adı  ilə,  Böyük Britaniya, Macarıstan, Azərbaycan, Rusiya, Ukrayna, Yaponiyadan istedadlı uşaqların qatıldığı "Budapeştin ulduzları - gənclik, ilham, istedad", "Macar oyunları",  XIV  Beynəlxalq festival-müsabiqədə  həm solo fortepiano, həm də ansambl nominasiyalarında   2 qızıl medalla təltif olunub. 2013-cü ildə  ümummilli lider Heydər Əliyevin  anadan olmasının 90 illik yubileyinə həsr olunmuş  Respublika müsabiqəsində I  yerə,  "İstedadlı uşaqlar festivalı-2013"-də diplom və kubokla,  Gürcüstanda  "Gənc pianoçuların beynəlxalq müsabiqəsində  diplomant (2014), Rusiyanın Çelyabinsk şəhərində "Dostluğun ipək yolu-mədəniyyətlərarası dialoq" layihəsində konsert proqramında  diplom və fəxri fərmanlara layiq görülüb. 

Festival və konsertlərdə, müxtəlif  nominasiyalı müsabiqələrdə qazandığı nailiyyətlərin bəhrəsidir ki,  gənc istedadın adı  2013-cü  ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və  o, xüsusi aylıq təqaüdə layiq görülüb.

Qeyd edək ki, J.Mayılovanın Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq  Muğam Mərkəzində, Bakı Musiqi Akademiyasında, "Kapelhans" Azərbaycan-Alman Mədəniyyət Mərkəzində, R.Behbudov adına  Mahnı Teatrında, eləcə də Üzeyir Hacıbəyli, M.Rostropoviç, T.Salahovun ev-muzeylərində uğurlu çıxışları tamaşaçıları məmnun edib və alqışlarla qarşılanıb.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov