Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları bir sıra məktəblərdə olub

 

Böyütmək üçün seçinTədris ilinin başlanması ilə əlaqədar olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları Bakı məktəblərində olublar.

Nazir müavini Ceyhun Bayramov Bakı şəhəri 220 nömrəli tam orta məktəbə gedərək Bilik günü münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.

Eyni zamanda Bilik günü ilə yanaşı, Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin açılışı olub. Açılışda nazir müavini Ceyhun Bayramovla yanaşı, müdir müavini Hüseyn Əsgərov, "UNICEF Azerbaijan"ın nümayəndəsi xanım Nafisa Binte Shafique, Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədri Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda təhsil siyasətinin məqsədi bütün vətəndaşlar üçün keyfiyyətli təhsilin təmin edilməsindən ibarətdir və təhsil sisteminin islahatı prosesində əsas diqqət milli azlıqları, qaçqınları və məcburi köçkünləri təmsil edən uşaqların, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılmasına yönəldilir.

Bununla əlaqədar, Azərbaycan Respublikası təhsil nazirinin 18 mart 2015-ci il tarixli, 311 nömrəli əmrinə əsasən "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsi Bakı şəhər 220 və 138 nömrəli tam orta məktəblərdə sınaqdan keçirilir.

"İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsi çərçivəsində 220 nömrəli tam orta məktəbdə 2 inklüziv sinif açılıb. Nəzərinizə çatdıraq ki, 220 nömrəli tam orta məktəbdə hazırda 2-si inklüziv təhsil sinfi olmaqla 11 birinci sinif (265 uşaq), ümumilikdə isə 2200 şagird təhsil alır.  

www.bakuedu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov