Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Valideynlər yaradılan şəraitə görə minnətdarlıq ediblər

 

Böyütmək üçün seçinAzərbaycan Texnologiya Universitetində yeni tədris ilinin başlamasına həsr olunan "Bilik günü" tədbiri təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə universitetin həyətindəki Şəhidlər abidəsini ziyarət edib.

Tədbirdə ATU-nun rektoru, texnika elmləri doktoru, professor Akif Süleymanov çıxış edərək professor-müəllim heyəti və tələbələri yeni dərs ili münasibətilə təbrik edib. Rektor deyib ki, ATU-nu seçən tələbələr zamanın tələblərinə uyğun addım atıblar. Çünki Azərbaycanın hazırkı iqtisadi inkişafı fonunda ölkədə sənaye müəssisələrinin sayı durmadan artır. Bu isə mühəndis texnoloqlara ehtiyacın günü-gündən artması deməkdir. Professor Akif Süleymanov son zamanlarda ATU-da tədris prosesi və kadr hazırlığının keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan da danışıb. O qeyd edib ki, tezliklə görülən işlər, həyata keçirilən layihələr öz müsbət nəticəsini verəcək.

Tədbir iştirakçılarına məlumat verilib ki, bu tədris ilində ATU-da 2422 tələbə təhsil alacaq. Bunlardan 527 nəfəri tələbə adını yeni qazananlardır. Eyni zamanda magistratura pilləsində təhsil alan 55 nəfərdən 28-i yeni qəbul olunanlardır. ATU-ya bu il qəbul olunan tələbələr arasında ən yüksək nəticəni Turay Dəvrişov göstərib. Rektor 501 bal toplayaraq standartlaşma və texnoloji maşınlar fakültəsinin informasiya texnologiyaları və mühəndisliyi ixtisasına qəbul olunan Turay Dəvrişova universitet adından noutbuk hədiyyə edib. Daha sonra tələbə adını yeni qazananlardan yüksək bal toplamış 12 nəfərə tələbə biletləri və hədiyyələr təqdim olunub.

Çıxış edən tələbələr ATU-ya qəbul olunduqlarına görə sevinc hissi keçirdiklərini, gələcəyin peşəkar texnoloqları olmaq üçün elmin sirlərinə həvəslə yiyələnəcəklərini deyiblər. Birinci kursa qəbul olunan tələbələrin valideynləri isə universitetdə keyfiyyətli tədris üçün yaradılan şəraitə, həyata keçirilən mütərəqqi layihələrə görə rəhbərliyə minnətdarlıq ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov