Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

UNEC-də London Universitetinin bakalavr proqramının dərsləri başlanıb

 

Böyütmək üçün seçinLondon Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərsləri başlanıb.

Qeyd edək ki, London Universiteti / London İqtisadiyyat Məktəbinin bakalavr proqramında birinci kursu bitirmiş, ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (IELTS - 6.0, TOEFL - 87, PTE Academic - 57) 6 tələbə təhsil alır. Tələbələrin bakalavr proqramına qəbulunu LSE həyata keçirib.

UNEC-in rektoru, professor Ədalət Muradov gəncləri dünyanın ən qabaqcıl iqtisadiyyat yönümlü ali məktəbinin proqramı üzrə dərslərə başlamaları münasibəti ilə təbrik edib. Bildirib ki, burada tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil almaqla yanaşı, bu nüfuzlu təhsil ocağının tədris resurslarından da istifadə edə biləcək, London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbinə qatılacaqlar. Rektor qeyd edib ki, tələbələrin UNEC-lə bərabər LSE-nin bakalavr diplomunu da əldə etmələri onları əmək bazarında rəqabətə davamlı kadra çevirəcək.

İlk dərsi London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının UNEC-dəki tədris işləri üzrə direktoru Tayson Lemons keçib. T.Lemons tələbələrə LSE-də tədris prosesinin üstünlüklərindən söz açıb. Bildirib ki, tədris proqramının tərtibi, təhsilin keyfiyyət parametrlərinə nəzarət və tədris prosesinin idarə olunmasını birbaşa London Universiteti həyata keçirəcək. LSE-nin hazırkı kurikulumuna uyğun olaraq, hər tədris ilində dörd fənn olmaqla, üç il ərzində 12 əsas fənn tədris ediləcək. Bu fənlər üzrə yekun imtahanlar hər tədris ilinin sonunda (may -iyun aylarında) keçiriləcək və nəticələr qiymətləndirilmək üçün LSE-yə göndəriləcək. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar London Universitetinin İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər və diplomlar Londonda keçirilən məzun günündə təqdim olunacaq. 

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov