Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Tələbələrin layiqli vətəndaş kimi formalaşmasına inam ifadə olunub

 

Böyütmək üçün seçin Sentyabrın 15-də Azərbaycan Müəllimlər İnstitutunda 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. AMİ-nin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr öncə institutun nəzdində ümummilli liderimizin xatirəsinə yaradılmış Heydər Əliyev Mərkəzini ziyarət ediblər, ulu öndərin büstü önünə əklil qoyulub. 

Dövlət himni səsləndirildikdən sonra institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı professor-müəllim heyətini, tələbələri Bilik günü və yeni - 2015-2016-cı tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor bu gün vətənpərvər, savadlı gənclərin yetişdirilməsində müəllimlərin üzərinə böyük vəzifə düşdüyünü bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, "Mən müəllimdən yüksək ad tanımıram" söyləmişdir.  Hazırda dövlət başçısı cənab İlham Əliyev ulu öndərin əsasını qoyduğu elm və təhsil ənənələrini uğurla davam etdirir.

Rektor çıxışının sonunda instituta qəbul olmuş bütün tələbələrin yüksək tədris nəticələri əldə edəcəklərinə və dövlətçiliyimizə sadiq layiqli vətəndaş kimi formalaşacağına inandığını diqqətə çatdırıb.

İnstitutun ibtidai sinif müəllimliyi ixtisasına 463 balla daxil olan tələbə Nigar Məmmədova və Azərbaycan dili və ədəbiyyat ixtisasına 509 balla qəbul olan Bəxtiyar Əsədov çıxış edərək öz təbriklərini çatdırıb, sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər. 463 bal toplayaraq tarix və coğrafiya müəllimliyi ixtisası üzrə tələbə adı qazanan Aytac Abbaslının valideyni Hüsaməddin Abbasov, 468 balla "Sosial iş" ixtisasına daxil olan tələbə Əmirxan Abbasovun valideyni Səbinə Abbasova öz çıxışlarında institut haqqında eşitdikləri müsbət fikirlərin onlarda bu təhsil ocağına maraq yaratdığını qeyd edib, öz sevinclərini paylaşıblar.

Tədbirin sonunda hər bir ixtisas üzrə ən yüksək bal toplamış tələbələrə tələbə vəsiqəsi təqdim edilib, onların hər birinə "Heydər Əliyev: Şəxsiyyətin qüdrəti" kitabı hədiyyə olunub. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov