Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Dünya universitetlərinin yeni  reytinq cədvəli açıqlanıb

 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

Böyütmək üçün seçinSentyabrın 15-də  Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS)  konsaltinq şirkəti dünya universitetlərinin yeni  reytinq (QS World University Rankings 2015-2016) cədvəlini açıqlayıb.  Reytinq cədvəlində dünyanın 82 ölkəsindən olan universitetlər qərarlaşıb.  2004-cü ildən etibarən nəşr edilən reytinq dünya universitetlərinin fəaliyyətini artıq son 10 il ərzində dəyişilməz olaraq qalan 6 əsas meyar (akademik nüfuz, elmi məqalələrdən sitatgətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuzu, əcnəbi müəllimlərin sayı və əcnəbi tələbələrin sayı) üzrə qiymətləndirib.   Reytinq cədvəlinin hazırlanması gedişində 62 min akademik cəmiyyət və 27 min işəgötürən arasında sorğu aparılıb.  Reytinqin obyektivliyini  təmin etmək üçün QS şirkəti dünyanın 2 mindən artıq  ali məktəbinin fəaliyyətini  dəyərləndirib, onların arasından ən yaxşılarını seçib.

Amerikanın Massaçusets Texnologiya  İnstitutu (MIT) artıq 4-cü ildir dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə başçılıq edir. Ötən reytinqdə dördüncü olan  Harvard bu dəfə 2-ci yerə keçib.  Kembric və  Stenford universitetləri 3-cü yeri bölüşüblər.  İlk beşliyin sonunda  bir il əvvəl 8-ci olan  Kaliforniya Texnologiya İnstitutu  yerləşib.   İlk dəfə olaraq ən yaxşı 10 universitet sırasında İsveçrənin Sürix Texnologiya İnstitutu da yer ala bilib.  Bütövlükdə reytinqdə ABŞ 152, Böyük Britaniya 71, Almaniya 43,  Fransa 41, Yaponiya 38, Avstraliya 33, Çin 30,  Kanada və İtaliya hərəsi 26,  Braziliya 22, Rusiya 21 ali məktəblə təmsil olunub. 

Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti  nüfuzlu reytinq sıralamasında öz mövqeyini yaxşılaşdırmağa nail olaraq ötənilki 114-cü yerdən 108-ci yerə keçə bilib. 

Dünya universitetlərinin  nüfuzlu  reytinq sıralaması ilə  daha ətraflı www.topuniversities.com/qs-world-university-rankings səhifəsindən tanış olmaq olar.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
   
Böyütmək üçün seçin Böyütmək üçün seçin
Dünya universitetlərinin yeni  reytinq cədvəli

 

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov