Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

UNEC-də "Oriyentasiya günü" keçirilib

 

Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə olaraq ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələr üçün "Oriyentasiya günü" keçirilib. Dünya universitetlərində ənənəvi təşkil olunan tədbirdə tələbələr universitet həyatı ilə tanış olub, UNEC barədə ətraflı  məlumat əldə ediblər.

I kurs tələbələri üçün gün boyu təşkil olunan təqdimatlarda universitetin tarixi, fəxri doktor və məzunları, tədris prosesi, tələbə təşkilatları, təqaüd proqramları və digər mövzular barədə məlumatlar çatdırılıb.

Tədbirdə yuxarı kurs tələbələrindən təşkil edilən könüllülər qrupu I kurs tələbələri üçün universitet ərazisində informasiya turları təşkil ediblər. Tədbirdə həmçinin UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.

Universitet sıralarına yeni qatılan tələbələr stolüstü tennis və "ip çəkmə" oyunlarında iştirak ediblər. Universitet tələbələrinin ifasında musiqi nömrələri və rəqslər ifa edilib. Könüllülərin iştirakı ilə "Köpük şou" flaşmobu təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov