Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Gənc alim və mütəxəssislər Bakıda toplaşacaq

 

Oktyabrın 12-dən 15-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və tələbələrin "Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma" mövzusunda VI beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirə qatılmaq üçün 20 ölkədən 200-dən çox alim, doktorant və magistr, həmçinin tələbə müraciət edib. Beynəlxalq tədbirdə 18 ölkədən 150 gənc tədqiqatçının iştirak edəcəyi müəyyənləşdirilib. Hazırda konfransla bağlı təşkilati işlər həyata keçirilir.

Tədbirin rəsmi açılış mərasimi akademiyanın əsas binasında, geologiya və geofizikanın müxtəlif istiqamətləri üzrə çıxış və təqdimatlar isə Geologiya və Geofizika İnstitutunda olacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov