Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Atçılıq idmanı üzrə Bakı şəhər çempionatı başa çatıb

 

Bakı Cıdır Meydanında atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 9 nəfər idmançı iştirak edib. Yarışlar 2 proqram üzrə - 100-120 sm və 120-140 sm hündürlüklərə tullanmaqla maneələrin dəf edilməsi üzrə keçirilib. 100-120 sm hündürlüyə tullanmaq üzrə yarışda I yeri Səməd Əliverdiyev (Samur ləqəbli atla), II yeri Rüstəm Hümbətov (Voltram ləqəbli atla), III yeri Hüseyn Məmmədov (Voltram ləqəbli atla), 120-140 sm hündürlüyə tullanmaq üzrə yarışda I yeri Rüstəm Hümbətov (Cerry Sanders ləqəbli atla), II yeri Cavidan Qəhrəmanlı (Platin E ləqəbli atla), III yeri Rüstəm Hümbətov (Voltram ləqəbli atla) tutublar.

Yarışın sonunda Bakı Şəhər Gənclər  və  İdman  Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və RAMBİOEUGİM-nin direktoru Kərim Zamanov qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. Yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq  dərəcəli diplom və medallarla təltif olunublar.  

Rəşad ZİYADOV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov