Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Sumqayıt Dövlət Universitetinin kollektivi əsgərlərlə görüşüb

 

Böyütmək üçün seçinSentyabrın 24-də Qurban bayramı münasibətilə Sumqayıt Dövlət Universitetinin kollektivi Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə olaraq,  əsgərlərimizin bayram sevincinə şərik oldular.

Hərbi hissənin rəhbərliyi hər kəsi səmimi-qəlbdən təbrik etdi. Qeyd etdi ki, son dövrlər təhsil müəssisələrinin kollektivlərinin səngərlərdə, hərbi hissələrdə görüşləri ənənə halı almışdır. Bu da əsgərlərimizə mənəvi dəstək və  ruh yüksəkliyi verir. Hər bir Azərbaycan vətəndaşının ordumuza və əsgərinə güvəndiyini, xalqımızın hər an onların yanında olduğunu bildirən komandir universitet rəhbərliyinə, xüsusilə rektor Elxan Hüseynova öz dərin təşəkkürünü bildirdi.

Əsgər və zabitlər qarşısında çıxış edən SDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Turan Cəfərov universitet rəhbərliyi adından təbriklərini çatdıraraq, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində uğurlar arzuladı.  T.Cəfərov çıxışında Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın tezliklə  azad olunacağına və bayrağımızın doğma Qarabağımızda dalğalanacağına əminliyini bildirdi.

Sonra SDU-nun məzunu olmuş əsgər Elşad Əliyev əsgər geyimində nə qədər qürur duyduğunu və onun potensiallı, savadlı, cəsur bir əsgər kimi formalaşmasında universitetin böyük rol oynadığını görüş iştirakçılarının nəzərinə çatdırdı.

Tədbir SDU-nun Tələbə Gənclər Klubunun təşkil etdiyi konsert proqramı ilə davam etdirildi.

Sonda "N" saylı hərbi hissənin rəhbərliyi Sumqayıt Dövlət Universitetinin  Tələbə Gənclər Klubunun özfəaliyyət ansamblını Qurban bayramı münasibəti ilə hərbi hissədə şəxsi heyət üçün təşkil olunmuş tədbirdə fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif etdi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov