Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Uşaqlar üçün "Nağıl dünyası" adlı tədbir

 

Böyütmək üçün seçinQazax Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki,  tədbiri Mərkəzi Kitabxana Sisteminin direktor müavini Münəvvər Süleymanlı açaraq, Azərbaycan şifahi xalq yaradıcılığının bir qolu olan nağılların uşaq və yeniyetmələrin mənəvi, psixoloji, estetik tərbiyəsində çox böyük rol oynadığını qeyd edib. Bildirib ki, nağıllar uşaqların ana laylasından sonra birinci kitabıdır. Bu kitablarda hər bir uşağın kövrək dünyasına xeyirli və şərli, ağıllı, müdrik və cəsarətli möcüzələrlə dolu bir aləm açılır.

Tədbirdə uşaqlara "Şərq nağılları"ndan nümunələr oxunub. Uşaqlar burada içərisində dünya xalqlarının nağılları da olan kitablarla tanış olub və "Nağıl otağı"ndakı personajlara və müxtəlif əl işlərinə maraqla baxıblar. 

Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov