Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Qafqaz Universitetində 23 ölkədən tələbə təhsil alır

 

Bu barədə universitetdə  dərs ilinin başlanması ilə əlaqədar ənənəvi olaraq keçirilən tədbirdə məlumat verilib. Qafqaz Universitetinin mətbuat şöbəsindən aldığımız məlumata görə,   rektor, professor Ahmet Saniç  qeyd edib ki, umummilli lider Heydər Əliyevin xeyir-duası ilə açılan Qafqaz Universiteti ölkəmizin nümunəvi təhsil ocaqlarından biri kimi fəaliyyətini davam etdirir. Hər il təhsil almaq üçün universitetə xaricdən onlarla tələbə üz tutur. Türkiyə, Rusiya, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Küveyt, Koreya, Ukrayna, Peru, İndoneziya, Miyamma, Yəmən, Çad, Mozambik  kimi ölkələrdən gələn tələbələr universitetə rəngarənglik gətirir. İş dünyası ilə əlaqələrdən, məzunlarının 67 fərqli ölkədə əmək fəaliyyətini  və təhsilini davam etdirməsindən və universitetin gələcək planlarından danışan professor Ahmet Saniç bu il TQDK-nın keçirdiyi qəbul imtahanlarında  Qafqaz Universitetini seçən tələbələr haqda da məlumat verib. Bildirib ki, 2015-ci ildə 2-si 700, 259-u   600-dən yuxarı bal toplayan 261 tələbə, pedaqoji ixtisaslar üzrə isə 500-dən yuxarı bal toplayan 71 nəfər Qafqaz Universitetini seçib.

Tədbirdə yüksək balla Qafqaz Universitetinin tələbəsi adını qazananlara universitet tərəfindən  hədiyyələr təqdim edilib. Universitetin tələbələrindən ibarət özfəaliyyət qruplarının ifasında musiqilər və rəqslər tədbirə bayram ab-havası bəxş edib.

Tədbirdən sonra tələbələrə Bakı Slavyan Universitetinin dosenti Kifayət Hacıyeva tərəfindən Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi əsasında "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir " mövzusunda ingilis dilində seminar verilib. Tələbələr seminarda dəyərli məlumatlar əldə etdiklərini və maraqlandıqları suallara cavab aldıqlarını bildiriblər. Fəlsəfə doktoru Kifayət Hacıyeva da belə bir  gündə fərqli bir tədbirin keçirilməsini təşkil edən universitet rəhbərliyinə təşəkkürünü bildirib və tələbələrin fəallığından razı qaldığını qeyd edib. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov