Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Azərbaycanın gənc gimnastları daha bir uğura imza atıblar

 

Böyütmək üçün seçinİxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri akrobatika gimnastikası üzrə 8-ci Avropa çempionatında uğurla çıxış ediblər.

Almaniyanın Rieza şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə 8-ci Avropa çempionatına 27 ölkədən 200-dən artıq idmançı qatılıb. Yarışda ölkəmizi Gimnastika Məktəbinin yetirmələri, milli yığma komandanın üzvləri Ağasif Rəhimov, Seymur Cəfərov, Murad Əkbərov və Nurcan Cabbarlı təmsil ediblər.

12-18 yaş qrupu üzrə gərgin keçən mübarizədə kişi cütlüyündə Seymur Cəfərov və Murad Əkbərov 2-ci yerə yüksələrək gümüş medala, qarışıq cütlükdə Ağasif Rəhimov və Nurcan Cabbarlı 3-cü nəticə göstərərək bürünc medala layiq görülüblər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov