Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Taekvondoçumuz Moskvada qızıl medalın sahibi oldu

 

 Moskva şəhərində təşkil edilən və sayca 5-ci olan "RUSSIAN OPEN 2015" beynəlxalq turniri başa çatıb. Sentyabrın 26-27-də "Dinamo" idman kompleksində keçirilən G1 kateqoriyalı turnirdə milli komandamızın 3 üzvü - Məhəmməd Məmmədov (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və Fəridə Əzizova (67 kq) qüvvələrini sınayıb. Təmsilçilərimiz bu yarışı da medalla başa vuraraq adlarını mükafatçılar sırasına yazdırmağı bacarıblar.

Belə ki, 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad Beigi Hərçəqanı rəqiblərinə şans verməyərək finala yüksəlib, finalda isə Almaniya təmsilçisi Tahir Güleçi məğlub edərək turnirin qızıl mükafatını qazanıb. Qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) isə yarımfinalda məğlubiyyətlə barışmalı olub. Məhəmməd Məmmədov ilk rəqibini məğlub etsə də, növbəti görüşü uğursuz başa vurub. 

Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov