Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Müəllimlər diqqət və qayğıdan razılıq edirlər

 

Böyütmək üçün seçin5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Azərbaycan Texnologiya Universitetində qeyd olunub. Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən universitetin rektoru, professor Akif Süleymanov ulu öndər Heydər Əliyevin müəllimlərə verdiyi dəyərdən, bununla bağlı səsləndirdiyi ibrətamiz fikirlərdən danışıb. ATU-nun  240 nəfərlik professor-müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən rektor qeyd edib ki, müəllimlik cəmiyyətimizdə ən çox rəğbət bəslənən peşələrdəndir. Professor Akif Süleymanov hər bir müəllimi pedaqoji işə, günün tələblərinə uyğun kadr hazırlanması prosesinə maksimum diqqət və enerji ilə yanaşmağa, aparılan islahatlara dəstək olmağa çağırıb. O qeyd edib ki, hər bir müəllimin əsas vəzifələrindən biri də çalışdığı təhsil ocağını qorumaq və inkişaf etdirmək olmalıdır.

Sonra rektor ATU-nun professor-müəllim heyətindən 5 nəfərə təşəkkür plaketi, 9 nəfərə isə fəxri fərman təqdim edib.  

Rasim ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov