Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Kollecdə bayram tədbiri

 

Bakı Qida Sənayesi Kollecində Beynəlxalq Müəllimlər Günü münasibətilə geniş tədbir keçirilib. Tədbiri Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov açaraq, kollektivi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

Sonra "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü", "Heydər Əliyev və təhsil", "Azərbaycan müəllimlərinin XIV qurultayı" və "Prezident İlham Əliyev 158 nömrəli məktəbdə" adlı videoçarxlar nümayiş etdirilib.

İctimai sosial fənn (birləşmə) komissiyasının sədri Elnurə Nəcəfovanın  məruzəsi dinlənilib. Tədbirə kollecin 590-cı qrupunun tələbəsi Ülkər Əsədzadənin ifasında "Müəllim" şeiri və "Əziz müəllim" mahnısı ilə yekun vurulub.

Kollecin bədən tərbiyəsi rəhbəri Akif Kərimliyə Bakı-2015 I Avropa Oyunlarının təşkili zamanı səmərəli fəaliyyətinə görə Təhsil Nazirliyinin fəxri fərmanı təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov