Balaca
futbolçuların səbirsizliklə gözlədiyi 11-ci "Sabahın
ulduzları" paytaxt çempionatına 20 komandanın iştirakı
ilə start verilib. Bakı Futbol Federasiyasının
məlumatına görə, "İnter-Arena" İdman Sağlamlıq
Mərkəzində 2005-ci il təvəllüdlü uşaqlardan ibarət 8
komanda ikidövrəli sistem üzrə yarışacaq və bu yaş
qrupunda 56 oyun keçiriləcək. Daha kiçikyaşlı uşaqlardan
ibarət 12 komanda isə "A" və "B" qruplarında üçdövrəli
sistem üzrə mübarizə aparacaq və balacalar 90 dəfə
meydana çıxacaqlar.
"Sabahın ulduzları" U-11 2005-ci il təvəllüdlü
futbolçular arasında 1-ci turun nəticələri artıq məlum
olub. Komandalar "İnter-Arena" stadionu, 3-cü
meydançada qarşılaşıblar. Belə ki, İnter-Arena - Bakı
FK 3-0, Xudafərin - Vətən 0-0, Neftçi İK - Təhsil (Şirvan)
3-0, Rəvan - Neftçi 2-1 nəticələri qeydə alınıb. Sabahın
ulduzları" U-9/10 2006-2007-ci il təvəllüdlü futbolçular
arasinda "A" qrupunda Qarabağ - Neftçi İK 0-2, Təhsil
(Bakı) - İnter ulduzları 1-1, Vətən-2006 - Bakı FK 5-1
hesabı müəyyənləşib. "B" qrupunda isə İnter-Vətən-2007
3-0, Xəzər-Buzovna - Təhsil-Sunami (Sumqayıt) 4-1, Rəvan
- Təhsil (Şirvan) 5-1 hesabı ilə qalib gəlib.
Bakı Futbol Federasiyası 11-ci "Sabahın ulduzları"
paytaxt çempionatının başlanması münasibətilə yarış
iştirakçılarını təbrik edir və bütün komandalara 15
həftə davam edəcək bu futbol bayramında uğurlar, qələbə
sevincləri arzulayır. |