Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Uşaq və yeniyetmələr arasında məhəllələrarası mini-futbol turniri

 

Böyütmək üçün seçinNərimanov rayonu üzrə uşaq və yeniyetmələr arasında  məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2004-2005-ci il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 16 komanda tərkibində 160 nəfər iştirak edib.

Gərgin oyun şəraitində keçən yarışmada I yeri Nərimanov, II yeri Gənclik, III yeri Ulduz komandaları tutublar. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib.

Tədbirdə Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov və digər rəsmi şəxslər çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildiriblər.

Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunublar. Sonda qalib komandanın üzvləri qonaqlarla xatirə şəkli çəkdiriblər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov