Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

BDU-da 14-cü Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib

 

Böyütmək üçün seçinBakı Dövlət Universitetində 14-cü Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib. Müsabiqə BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası və Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Azərbaycan və Yaponiyanın Dövlət himnlərinin səslənməsindən sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəb, onun beynəlxalq əlaqələri, Yaponiya universitetləri ilə əməkdaşlığı barədə məlumat verib. Rektor BDU-da yapon dili və ədəbiyyatı ixtisasının 2000-2001-ci tədris ilində açıldığını deyib, Azərbaycan-Yaponiya elm, təhsil əlaqələrinin genişləndirilməsi barədə fikirlərini diqqətə çatdırıb. Müsabiqənin əhəmiyyəti barədə danışan rektor Abel Məhərrəmov iştirakçılara uğurlar arzulayıb. 

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxışında ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, müsabiqənin Azərbaycanda yapon dilini öyrənən tələbələrin yapon dili bacarıqlarını dinləməsi üçün gözəl fürsət olduğunu bildirib.

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dosent Oqtay Cəlilbəyli artıq ənənə halını almış müsabiqənin əhəmiyyətindən danışıb, rektor Abel Məhərrəmova və səfir Tsuquo Takahaşiyə təşəkkürünü bildirib.

Tədbirdə iştirakçıların, münsiflər heyətinin və aparıcıların təqdimatı keçirilib, müsabiqənin keçirilməsi qaydaları izah edilib. 16 tələbə çıxışında öz bacarığını nümayiş etdirib. Müsabiqə 2 yarımhissədən ibarət olub. Hər bölmə çıxışlar və sual-cavab əsasında qurulub.

Sonda nəticələr elan edilib, təltifolunma mərasimi keçirilib. İlk yerin sahibi Bakı Dövlət Universitetinin tələbəsi Xəyal Abdullayev olub.  O, Moskva Beynəlxalq Tələbələrin nitq müsabiqəsində çıxış etmək hüququ qazanıb. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov