Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Fransanın Bordo Universitetinin nümayəndə heyəti tələbələrlə görüşüb

 

Böyütmək üçün seçinOktyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Fransanın Bordo Universitetinin nümayəndə heyəti ilə görüş keçirildi.

Tədbiri açan universitetin pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva qonaqları tələbələrə təqdim edərək onları ADU-da görməkdən şad olduğunu bildirdi. İki gün bundan əvvəl Azərbaycan Dillər Universiteti ilə Fransanın Bordo Universiteti arasında müqavilə imzalandığını xatırladan Vəfa Babayeva bu müqavilənin tələbələrə geniş imkanlar yaradacağını və tələbələrin bundan faydalı şəkildə istifadə edəcəklərinə ümid etdiyini söylədi.

Bordo Universitetinin rektoru Jan Pol Jordan tələbələri salamlayaraq Bakıda, həmçinin Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu dilə gətirdi. O, Azərbaycanın aktiv inkişaf edən ölkələrin sırasında olduğunu, Fransanın Azərbaycanla iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq etdiyini vurğuladı. Frankofoniyanın inkişafında Fransanın aparıcı rolu olduğunu deyən rektor iki il öncə Fransa hökuməti tərəfindən ölkəsində ingilis və fransız dillərində kurslar təşkil olunduğunu, həmin kursların Fransada təhsil alan xarici tələbələr üçün faydalı olduğunu qeyd etdi.

Sonra Jan Pol Jordan ADU tələbələrinə təmsil etdiyi universitet haqqında ümumi məlumat verdi. Rektor Dillər Universiteti ilə Bordo Universiteti arasında imzalanan müqavilədə tədris sahəsində akademik əməkdaşlıq, birgə tədqiqat proqramlarını inkişaf etdirmək, ikitərəfli konfrans və görüşlər keçirmək, müəllim-tələbə mübadiləsini reallaşdırmaq və digər məsələlərin nəzərdə tutulduğunu bildirdi.

Fransanın Bordo Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Ana Mariya Binet çıxışında tolerantlıq və ölkəni tanıtmaq məqsədi ilə təyin olunmuş mübadilə proqramlarının vacibliyini diqqətə çatdırdı, Azərbaycan tələbələrini Bordo Universitetində görməkdən məmnun olacağını söylədi.

Daha sonra Beynəlxalq Əməkdaşlıq ofisinin rəhbəri İrina Simion Fransanın Bordo Universiteti haqqında təqdimatla çıxış etdi.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı. 

İctimaiyyətlə əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov