Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Almaniyalı professor ali məktəblərdə olub

 

Böyütmək üçün seçinBu günlərdə Almaniyanın Vütsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmann Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Bakıda işgüzar səfərdə olub. Oktyabrın 11-də  professor Azərbaycan Müəllimlər İnstitutunda tələbə və müəllim kollektivi ilə görüşüb. Səmimi keçən görüşdə xanım Hartmann tələbələrə “Orta əsrlərdə alman ədəbiyyatında romantizm” mövzusunda ustad dərsi keçib. Maraqlı keçən  mühazirədə tələbələrin suallarını cavablandıran qonaq ölkəmizdə olmaqdan məmnunluq hissi keçirdiyini bildirib.

Oktyabrın 12-də xanım Ziqlinde Hartmann Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Mədəniyyət və İncəsənət Universiteti və Xəzər Universitetində tələbə və müəllim kollektivi ilə görüşüb. Burada da xanım Hartmann tələbələrə “Alman ədəbiyyatında romantizm” mövzusunda ustad dərsi keçib. Professor Hartmann alman romantizminin yaranma və Avropa xalqlarının ədəbiyyatına təsir prosesindən danışdıqdan sonra - xüsusilə qəhrəmanlıq dövrü dastanlarının kəşfinin milli mədəniyyətlərin başlanğıcı olması kontekstində - “Dədə Qorqud” dastanının yenidən kəşfinin əhəmiyyətindən danışıb. Mühazirəni maraqla dinləyən tələbələrin suallarını cavablandırıb.

Professor Ziqlinde Hartmann və Augsburg Universitetinin müəllimi Janina Franzke Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa da vaxt tapıblar. Onlar  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "İlahi oyun" tamaşasını izləyib, teatrın yaradıcı kollektivi ilə görüşüb və tamaşadan xüsusi zövq aldıqlarını bildiriblər.  

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov