Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Yazıçı-publisistlə “İmzalı görüş” keçirilib

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramının “İmzalı görüş” layihəsi çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunda yazıçı-publisist Rəşad Məcidlə görüş keçirib.

Tədbirdə Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, sektorun məsləhətçisi Ramilə Qurbanlı, mətbuat katibi Ceyhun Musaoğlu, tənqidçi Nərgiz Cabbarlı, Azərbaycan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru Razim Məmmədov, institutun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Azərbaycan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru Razim Məmmədov Bilik Fondunun gənclər arasında apardığı maarifçilik işindən, bu istiqamətdə həyata keçirilən layihələrin səmərəsindən danışıb.

Rəşad Məcidin jurnalistlik fəaliyyətindən söz açan Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova gənclərin çağdaş ədəbiyyata olan marağını, belə görüşlərin də elə bu tələbatdan doğduğunu vurğulayıb.

Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı Rəşad Məcidin bədii yaradıcılığından söz açaraq, onun əsərlərindən nümunələr gətirib, yazarın xüsusilə “10 sentyabr” hekayəsi haqqında tələbələrə məlumat verib.

Rəşad Məcidin şeirlərini struktur, dil və ideya baxımından şərh edən tənqidçi Nərgiz Cabbarlı yazarın yaradıcılığı barədə ətraflı danışıb.

Sonra tələbələr Rəşad Məcidin yaradıcılığından nümunələr söyləməklə onları maraqlandıran mövzularda fikir mübadiləsi aparıblar. Gənclərin çoxsaylı suallarını cavablandıran yazar sonda kitablarını öz imzası ilə oxucularına hədiyyə edib.

Bilik Fondunun İnformasiya təminatı sektorunun “İmzalı görüş” layihəsinin ilk qonağı yazıçı Aqil Abbas olub. Layihənin mahiyyətində gənclərin kitaba marağının artırılması durur. Sorğu nəticəsində əldə olunan sosial sifariş əsasında müəyyən olunan müəllifin kitabları gənclərə paylanır. Kitabların oxunması başa çatdıqdan sonra oxucularla müəllifin görüşü təşkil edilir. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov