Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Məktəblilər ulduzlu səmanı müşahidə ediblər

 

“Ümumdünya kosmos həftəsi” çərçivəsində məktəblilər arasında maarifləndirmə aksiyaları keçirilib. Astrofizika üzrə mütəxəssislər Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində təhsil alan 300-ə qədər şagirdə, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvlərinə kosmosa, astronomiyaya aid maraqlı mühazirələr oxuyublar. Maarifləndirmə tədbirlərində ali məktəb tələbələri də iştirak ediblər. Mövzuya aid filmlər nümayiş etdirilib, interaktiv müzakirələr aparılıb. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda məktəblilərin iştirakı ilə astronomik gecə təşkil olunub və teleskoplar vasitəsilə ulduzlu səma müşahidə edilib. Ödənişsiz keçirilən tədbirin iştirakçılarına “National Geographic” jurnalları və digər hədiyyələr təqdim olunub.

AZƏRTAC xəbər verir ki, BMT tərəfindən hər il bütün dünyada qeyd olunan “Ümumdünya kosmos həftəsi” çərçivəsində keçirilən bu tədbirlər Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Elmin İnkişafı Mərkəzi, Tusi-Bohm Planetariumu və “EkoSfera” təşkilatı tərəfindən reallaşdırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov