Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

İdmançılarımız Vətənə 3 qızıl və 1 bürünc medalla dönüblər

 

Böyütmək üçün seçinLitvanın Klaypeda şəhərində keçirilən yeniyetmələr və 23 yaşadək ağır atletlər arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə qayıdıblar. Azərbaycanın ağır atletləri Vətənə 3 qızıl və 1 bürünc medalla dönüblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda atletlərimizi “Zirvə” beynəlxalq idman klubunun rəhbər və nümayəndə heyəti, idmansevərlər və digər şəxslər qarşılayıblar.

Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən milli komandanın məşqçisi Hafiz Süleymanov atletlərimizin qitə birinciliyindəki çıxışını yüksək qiymətləndirib, yaradılan şəraitə görə “Zirvə” beynəlxalq idman klubuna və federasiyaya minnətdarlığını bildirib.

Avropa rekordunu yenilədiyi üçün xoşbəxt olduğunu diqqətə çatdıran birinciliyin qızıl medalçısı Firudin Quliyev məşqçilərinə təşəkkür edib və uğurların davamlı olacağını söyləyib.

Qitə çempionatında Firudin Quliyev, Anastasiya İbrahimli və Dadaş Dadaşbəyli qızıl, Allahyar Abuşov isə bürünc medal qazanıb. Azərbaycan yığma komandası bu nəticə ilə Avropa çempionatında üçüncü yeri tutub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov