Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Təhsil naziri Astanada keçirilən Forumda iştirak edib

 

Böyütmək üçün seçinQazaxıstanın Astana şəhərində MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin “Birliyin humanitar məkanı: ümumi dəyərlər və mədəniyyətlərarası dialoq” mövzusunda X Forumu keçirilib.

MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təşkil edilən Forumda Birliyə üzv dövlətlərdən 200-ə yaxın nümayəndə heyəti dəvət olunub.

Forumda Azərbaycanı təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Forumun spikerləri - MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Fondun idarə heyətinin həmsədri Mixail Şvıdkoy, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhammediulı plenar iclasda iştirak ediblər.

MDB-yə üzv ölkələrin elm, təhsil üzrə nümayəndələrinin, mədəniyyət nazirlərinin, alimlərin iştirak etdikləri Forumun növbəti günü sessiyalar üzrə mədəniyyətlərarası dialoq, MDB-də 2016-cı ilin “Təhsil ili” elan edilməsi, mədəniyyətlərarası dialoqda muzeylərin rolu, ümumi tarixi yaddaşın və nəsil varisliyinin qorunub saxlanılması kimi mövzular müzakirə olunub.

Forumun sonunda elmi və yaradıcı ziyalıların birgə əməkdaşlıq işində ən mühüm məsələlərin yekun qətnaməsi qəbul edilib.

Tədbirdə “Debütlərin Birliyi 2015” beynəlxalq gənclər müsabiqəsinin laureatları mükafatlandırılıb. Bu il mükafatlar turizm sahəsinin mütəxəssislərinə verilib. Mükafata layiq görülənlər arasında Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Şəmsiyyə Tahirbəyova da olub. 

Böyütmək üçün seçin Böyütmək üçün seçin

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov