Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Növbəti mətbuat konfransı keçirilib

 

Oktyabrın 19-da Təhsil Nazirliyi tərəfindən növbəti mətbuat konfransı keçirilib. Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Təhsil Nazirliyinin bu təhsil ocağında yeni yaradılmış studiyası media nümayəndələrinə tədqim olunub. Qeyd edilib ki, yeni fəaliyyətə başlayan onlayn “Təhsil” televiziyasının verilişləri bu studiyada hazırlanır.

Konfransda bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na uyğun olaraq yaradılmış “Təhsil” televiziyası uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsinə və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunmasına xidmət edir. Hazırda “Təhsil” televiziyasının verilişləri Təhsil Nazirliyinin saytında, rəsmi Facebook səhifəsində, nazirliyin Youtube kanalında yerləşdirilir.

Tədbirdə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirici intellektual oyunların hazırlanmasının mühüm istiqamətlərdən biri kimi göstərildiyi qeyd edilib. Bildirilib ki, məktəblilər üçün “Brainiest” intellektual oyunu çərçivəsində AzTV-də yayımlanacaq “Əlaçı” verilişi də məhz bu məqsədlərə xidmət edir. Verilişin əsas tərəfdaşı Təhsil Nazirliyidir. Verilişdə ölkəmizin müxtəlif bölgələrindən olan məktəblilər iştirak edəcək. Tədbirdə, həmçinin maarifləndirici intellektual oyunların təşkilinə dəstək vermək üçün bu ilin martından beynəlxalq “Jeopardy” intellektual oyun-viktorinanın lisenziyası əsasında  “61” verilişinin də ölkəmizdə yayımlandığı diqqətə çatdırılıb.

Konfransın sonunda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov