Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Mingəçevir Dövlət Universitetində bayram tədbiri

 

Böyütmək üçün seçinMingəçevir Dövlət Universitetində müstəqilliyimizin ildönümü ilə bağlı keçirilən bayram tədbirində öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev kollektivi bu əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Artıq 24 ildir ki, müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Rektor A.Hacıyev qeyd edib ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır.

Tədbirdə universitetin humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova müstəqillik gününün tarixi haqqında məlumat verib. Bildirib ki, müstəqilliyin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin atdığı məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Onun rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası hazırlandı. Ölkənin iqtisadi potensialı sürətlə artmağa başladı. E.Cəfərova daha sonra bildirdi ki, bu gün ölkəmiz regionun ən güclü dövlətinə çevrilib. Müstəqilliyimizin bundan sonra da qorunub saxlanılması üçün iqtisadi və siyasi gücümüzü daha da artırmalıyıq.  

Nazim NİFTƏLİYEV,
Mingəçevir Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov