Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

“Təhsildə elektron və innovativ yanaşma” mövzusunda elmi konfrans

 

Böyütmək üçün seçinAzərbaycan Texnologiya Universitetində Müştəriyə Yönəlmə Proqramı (MYP) çərçivəsində “Təhsildə elektron və innovativ yanaşma” adlı elmi konfrans keçirilib. “Ultra” şirkətinin iştirakı ilə keçirilən və İKT-nın təhsil və tədrisdə tətbiqinin müzakirəsinə həsr olunan konfransı giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov qeyd edib ki, universitetdə MYP çərçivəsində müəyyən edilən 6 istiqamətdən biri də İKT sahəsidir. Rektor bildirib ki, həm bu, həm də universitetdə İKT-dən istifadənin genişləndirilməsi məqsədilə indiyədək atılan addımlar ATU-nun bu sahənin aktuallığını diqqət mərkəzində saxlamasını sübut edir. Bildirib ki, əməkdaşlıq üçün ölkənin ən böyük İKT şirkətlərindən olan “Ultra”nın seçilməsi ATU-nun bu sahəni daha da inkişaf etdirmək niyyətinin göstəricisidir.

“Ultra” şirkətinin direktoru Məhəmməd Zülfüqarlı qeyd edib ki, təmsil etdiyi şirkət Azərbaycanın ən böyük İKT şirkətlərindən olmaqla dünyanın bu sahədə fəaliyyət göstərən 20 böyük korporasiyası ilə əməkdaşlıq edir. O bildirib ki, Azərbaycanda bir çox dövlət qurumları və özəl şirkətlərin fəaliyyətinin, göstərdiyi xidmətlərin elektronlaşdırılmasını həyata keçirən “Ultra” təhsil sahəsində İKT-nin tətbiqinin genişləndirilməsində də maraqlıdır. Çünki bu yeniliklərin tətbiqi təhsildə şəffaflıq, operativlik, keyfiyyət artımı və idarəetmənin yaxşılaşdırılmasını təmin edir.

ADAU, GDU və Gəncənin orta məktəblərindən nümayəndələrin də iştirak etdiyi konfransda indiyədək “Ultra” şirkəti tərəfindən həyata keçirilən layihələr və icrası nəzərdə tutulan proqramlardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov