Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

“Unutma!” - gənclər üçün Qarabağ dərsləri” layihəsinə yekun vurulub

 

“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Unutma!” - gənclər üçün Qarabağ dərsləri” layihəsinə yekun vurulub.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Bərdə, Ağcabədi və Göyçay rayonlarında keçirilən tədbirlərdə gənclərə Qarabağın tarixi, görkəmli şəxsiyyətləri, tarixi-mədəni abidələri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş etdirilib. Gənclərin sosial şəbəkələr vasitəsilə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə töhfə verdikləri diqqətə çatdırılıb.

Layihə çərçivəsində həmin rayonların gənclər və idman idarələri ilə sıx əməkdaşlıq əlaqələri qurulub, istedadlı gənclərdən ibarət “Tariximizi sevək” istedadlar klubları yaradılıb. Həmçinin layihə iştirakçılarına Qarabağın tarixinə dair təbliğat vasitələri paylanıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov