Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

“ADA” Universitetinin təhsil proqramlarının təqdimatı olub

 

“Azərenerji” ASC-də “ADA” Universitetinin 2016-2017-ci illər üzrə magistratura pilləsinin tədris proqramlarına və ümumilikdə bu nüfuzlu ali təhsil müəssisəsinin fəaliyyətinə həsr olunmuş təqdimat keçirilib.

Səhmdar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, “ADA” Universiteti ilə “Azərenerji” ASC arasında imzalanmış yüksək səviyyəli kadrların - insan resurslarının yetişdirilməsi və təkmilləşdirilməsi istiqamətində əməkdaşlığa dair memorandum çərçivəsində keçirilən təqdimatda universitetin tədris proqramları haqqında ətraflı məlumat verilib.

Universitetin əməkdaşı Günel Ziyadova qeyd edib ki, “ADA”da Biznes, İctimai və Beynəlxalq Münasibətlər, İnformasiya Texnologiyaları və Mühəndislik, Təhsil institutları fəaliyyət göstərir. Universitetin bakalavr proqramları I qrup üzrə “kompüter elmləri” və “kompüter mühəndisliyi”, II qrup üzrə “beynəlxalq münasibətlər”, “biznesin idarə edilməsi”, “iqtisadiyyat”, III qrup üzrə “dövlət və ictimai münasibətlər” ixtisaslarına tələbə qəbulu həyata keçirir. Magistratura pilləsində təhsil: “diplomatiya və beynəlxalq münasibətlər”, “ictimai siyasət”, “beynəlxalq MBA”, “executive MBA” və “təhsil üzrə menecment” üzrə təşkil olunur.

Təqdimatda həmçinin professor-müəllim heyəti, tələbələrin xaricdə təhsil almaq imkanları, sosial məsuliyyət tədbirlərində iştirakı və universitet həyatı ilə bağlı digər məsələlər barədə maraqlı və ətraflı söhbət açılıb.

Qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində “Azərenerji” ASC universitetdə informasiya texnologiyaları və mühəndislik sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə beynəlxalq standartlara cavab verən qabaqcıl ali təhsil prosesinin təşkilinə dəstək verir, universitet isə, öz növbəsində, energetika sahəsində əlverişli biznes şəraitinə malik olan bir neçə xarici ölkədə investisiya imkanlarının araşdırılması üzrə tədqiqat layihələri həyata keçirir.

Təqdimatda “Azərenerji” ASC-nin gənc əməkdaşları, həmçinin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun nümayəndələri iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov