Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Mingəçevir Dövlət Universitetinin rektoru tələbələrlə görüş keçirib

 

Böyütmək üçün seçinMingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev tələbələrlə görüş keçirib. Rektor öncə tələbələrin problemləri ilə maraqlanıb. Təhsildəki qayğılarından, yarana biləcək ehtiyacları barədə məlumat vermələrini xahiş edib. Elmə, təhsilə maraq göstərmələrini tövsiyə, davamiyyətə, etik norma və qaydalara riayət etmələrini məqsədəuyğun hesab edib. Ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Qeyd edilib ki, enerji ehtiyatlarından əldə olunan gəlirlər insan kapitalının inkişafına yönəldilməklə Azərbaycanın iqtisadi tərəqqisi və davamlı inkişafına etibarlı zəmin yaradılır.

Rektor hazırda Azərbaycanın həm respublika daxilində, həm də xarici dövlətlərin nüfuzlu elm və təhsil müəssisələrindəki peşəkar gənc kadr ordusunun müasir dünyanın elmi, texniki və mədəni tərəqqisinin ölkəmizə transfer olunmasının əsas bazası olduğunu qeyd edib. Rektor deyib: “Onlar müasir idarəetmə texnologiyalarının qızıl fondu sayıla bilərlər. Sizin də bu təhsil ocağında aldığınız bilik və bacarıq gələcəkdə mükəmməl kadr kimi yetişməyinizdə əvəzedilməz rol oynaya bilər. Odur ki, gəncliyinizdən və tələbə həyatınızdan istifadə etməklə özünüzdə dönüş yaradın. Universitetin professor və müəllim heyəti sizin inkişafınız naminə əllərindən gələni etməyə hazırdır”.

Tələbələr onları maraqlandıran məsələləri rektorun diqqətinə çatdırıblar.

Tədbirdə fakültə dekanları ilə yanaşı, universitet və fakültə Tələbə Elmi Cəmiyyətinin, Gənclər və Həmkarlar təşkilatlarının məsul nümayəndələri də iştirak edib.  

Nazim NİFTƏLİYEV,
Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov