Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Universitetdə “Fransa günləri” keçirilib

 

Böyütmək üçün seçinOktyabrın 22-24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetində beynəlxalq mədəni əlaqələr çərçivəsində “Fransa günləri” adlı tədbir təşkil olunub. Universitetin professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbiri rektor, professor Fərəh Əliyeva açaraq qeyd edib ki, bu tədbir  müəyyən qədər də olsa hər kəsə  Fransa mədəniyyəti ilə yaxından tanış olmaq  imkanı yaradacaq. Sonra musiqi sənəti fakültəsinin fortepiano, vokal, xalq çalğı alətləri ixtisası üzrə təhsil alan tələbələrin ifasında  Çarlz de Lyuks, J.Messne, L.Delib, L.Debüssi, K.Debüssi, Frensis Pulenk və başqa bəstəkarların əsərləri səslənib. Aktyor sənəti fakültəsinin tələbələrinin  ifasında Hüseyn Cavidin “Mən səma şairiyəm”, “Bana anlatma ki” şeirlərinin fransız dilində səsləndirilməsi tədbirə xüsusi ab-hava gətirib.  Universitetin estrada ansamblının Fransa populyar musiqisini ifa etməsi iştirakçıların ürəyincə olaraq, tədbirə uğurlu sonluq vurub.

Tədbirin sonunda  universitetin rektoru bütün iştirakçıları uğurlu çıxışa görə təbrik edərək fəxri diplomlarla təltif edib. 

“Fransa günləri” çərçivəsində universitetin kiçik zalında  “Leon” və “Les Quatre Cents Coups”  tanınmış fransız filmləri nümayiş olunub.  Oktyabrın 24-də isə magistr tələbələrin hazırladığı “Notre Dame de Paris” müzikli tamaşaçılara təqdim edilib.   

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov