Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Türk Standartları İnstitutunun prezidenti BANM-də olub

 

Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) prezidenti Sebahittin Korkmaz, TSİ-nin baş katibi Mehmet Bozdemir, TSİ-nin Azərbaycan üzrə təmsilçisi Selim Çelebi ilə BANM-in rəhbərliyi və professor-müəllim heyətinin görüşü keçirilib.

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları ali məktəbdə görməkdən məmnunluğunu bildirib. O, BANM-in fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlərin görüldüyünü deyib. Rektor ISO-nun üç modulu üzrə beynəlxalq sertifikata sahib olan ali məktəbdə bütün beynəlxalq standartların tətbiq edilməli olduğunu bildirib. Bu istiqamətdə TSİ-nin strukturları ilə əməkdaşlığın vacib olduğu vurğulanaraq bunun inkişafa apardığı qeyd edilib. 

TSİ-nin prezidenti Sebahittin Korkmaz Azərbaycana ilk dəfə gəldiyini deyərək Bakıda və BANM-də olmasından məmnun olduğunu bildirib. O, təmsil etdiyi qurumla BANM arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. İnformasiya təhlükəsizliyi ilə bağlı TSİ-nin təlimlərinin vacibliyini vurğulayan qonaq qarşılıqlı əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını deyib. O, bu əməkdaşlığın ikitərəfli münasibətlərin qurulmasına imkan verəcəyini bildirib.

Sonda qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, BANM İSO-nun üç modulu - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikatlara sahib olub. 2014-cü ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların BANM-də tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirərək ali məktəbin bütün struktur bölmələrində dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq keyfiyyətin təminatı, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin tətbiq edildiyini təsdiqləyib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov