Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı

 

Böyütmək üçün seçinOktyabrın 30-da Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçirilib.

Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə keçirilən təlim konfransında Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak ediblər.

Öncə konfrans iştirakçıları ADNSU-nun tarix muzeyi və laboratoriyası ilə tanış olublar.

“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransının rəhbərlik etdiyi ali məktəbdə keçirilməsindən məmnunluğunu ifadə edən ADNSU-nun rektoru Mustafa Babanlı tədbir iştirakçılarını salamlayıb və ölkəmizdə həyata keçirilən genişmiqyaslı təhsil islahatlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasında medianın rolunun əhəmiyyətini vurğulayıb.

“Təhsil” TV və “APA-Holdinq”in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması, səmərəli qarşılıqlı əməkdaşlıq baxımından peşəkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib. Çıxışlarda təhsil qurumları ilə media arasında əlaqələrin daha da inkişafı, yeni əməkdaşlıq mühitinin yaradılması və bu işin davamlı, sistemli aparılmasının əhəmiyyəti vurğulanıb.

Böyütmək üçün seçinTəlim konfransında Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın “Daxili kommunikasiya və sosial şəbəkələr”, BDU-nun doktorantı Turac Əliyevanın “Daxili PR - təşkilat daxili yazışmaların aparılması”, “ADA” Universitetinin rektorluq aparatının rəhbəri, mətbuat xidmətinin rəhbəri əvəzi Şəfəq Mehrəliyevanın “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr işi: problemlər və yeni çağırışlar” və Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun “Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin fəaliyyətinin monitorinqi” mövzularında təqdimatları dinlənilib və təlimlər keçirilib.

Sonra təhsil eksperti Şahlar Əsgərov və Etibar Əliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək təhsil-media əlaqələri sahəsində belə konfransların keçirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, bu təlim konfransı Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca IV konfransdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov