Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

İranlı qonaqlar universitetin tədris bazası ilə yaxından tanış olublar

 

İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Gəncəyə səfərləri çərçivəsində  Gəncə Dövlət Universitetində olub.

Qonaqları çoxsaylı kollektiv adından salamlayan universitetin rektoru Yusif Yusibov qədim tarixə malik bu ali təhsil müəssisəsinin yaranma tarixi, onun fakültələri, xarici ölkələrin ali təhsil müəssisələri ilə əlaqələri haqqında ətraflı məlumat verib.

Təbriz Tibb Universitetinin rektoru, professor Məhəmməd Hüseyn Somi, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin məsul işçisi İsmayıl Babayi çıxış edərək Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin qurulması müsbət nəticələr verə bilər.

Sonra iranlı qonaqlar universitetin tədris bazası ilə yaxından tanış olublar.

Qonaqlara universitetin təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət suvenirləri hədiyyə edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov