Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

ADMİU-nun müəllim və tələbə heyəti Beynəlxalq festivalda

 

Oktyabrın 24-dən  noyabrın 1-nə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin instrumental ifaçılıq kafedrasının müdiri, dosent, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehtiyeva başda olmaqla 10 nəfərlik heyətlə  Macarıstanın Balaton və Vesperm şəhərlərində keçirilən “Zolotaya osen” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün ezam olunub. Səbinə Mehtiyeva münsiflər heyətinin üzvü seçilib. Hazırda verilən məlumata görə, dünyanın 14 ölkəsindən 280 iştirakçının qatıldığı festival-müsabiqədə  Səbinə Mehtiyevanın tələbələri - III kurs tələbəsi Könül Kərimli I yerə, II kurs tələbəsi Babək Cəfərov, universitetin baş müəllimi Humay Mansurovanın tələbələri -  III kurs tələbəsi Şədidə Ağasıyeva II yerə (solo-fortepiano), fortepiano duet üzrə Emil  Hacıyev və Şədidə  Ağasıyeva III yerə, baş müəllim  Sevda Axındovanın tələbələri - III kurs tələbəsi Nərmin Qasımlı və  Jalə Səmədli fortepiano duet nominasiyasında II yerə, fortepiano solo ifaçılığı üzrə isə Nərmin Qasımlı və Jalə Səmədli III yerə layiq görülüblər.

Xatırladaq ki, festival hələ noyabr ayının 1-nə kimi davam edəcək.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov