Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Şagirdlər fövqəladə hallar zamanı bacarıqlarını nümayiş etdiriblər

 

Böyütmək üçün seçinMasallı rayonunun 15 məktəb komandası fövqəladə hallar zamanı davranış, yanğın və texniki təhlükəsizlik qaydaları, eləcə də mülki müdafiə tədbirləri sahəsində bilik və bacarıqlarını nümayiş etdiriblər. Masallı Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata  görə,  şəhər 3 nömrəli tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə orta məktəb komandaları arasında fövqəladə hallarla bağlı müsabiqə təşkil olunub.

Müsabiqənin açılışında çıxış edənlər fövqəladə hallar sahəsində keçirilən intellektual yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənclər arasında sağlam həyat tərzinin təbliği, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri, fərdi və kollektiv mühafizə vasitələri, eləcə də ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının vacibliyindən danışıblar.

Müsabiqənin yekun nəticələrinə əsasən, “Dəfinə” liseyinin komandası birinci, Türkoba kənd tam orta məktəbinin komandası ikinci, şəhər 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Qalib komandaların üzvləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbir iştirakçılarına fövqəladə hallarla bağlı müxtəlif mövzularda hazırlanmış videoçarx, fotoslaydlar, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb. 

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov