Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Sərgidən əldə edilən gəlir qocalar evinin sakinlərinə sərf olunacaq

 

Oktyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində xeyriyyə məqsədilə bu ali məktəbin SABAH tələbələrinin əl işləri sərgilənib. Sərgidən əldə edilən gəlir qocalar evinin sakinlərinə sərf olunacaq.

ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin SABAH tələbələrindən ibarət “9th Generation” klubunun və SABAH mərkəzinin təşkilatçılığı ilə baş tutan sərgidə ev şirniyyatları, bəzək əşyaları, rəsm əsərləri və kitablar nümayiş olunub.

Sərgi ilə yanaşı, tədbirdə SABAH qrupları haqqında təqdimat olub, tələbələrdən ibarət musiqi qrupu mahnılar ifa edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov