Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Rəsmi xronika

 

* Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana  rəsmi  səfəri  çərçivəsində bu ölkənin Prezidenti Giorgi Marqvelaşvili ilə birlikdə  Marneulidə “Çay evi” tədris mərkəzi, soyuducu anbar kompleksi ilə tanış olublar.

* Prezident İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti  Giorgi Marqvelaşvilinin təkbətək və geniş tərkibdə görüşləri olub. Hər iki ölkənin dövlət başçıları Birgə Bəyannamə imzalayıblar, həmçinin mətbuata bəyanatlarla çıxış ediblər. 

* Noyabrın 4-də dövlət başçısı İlham Əliyev Zaqatala rayonunda və Şəki şəhərində  səfərdə olub, bir sıra sosialyönümlü obyektlərin açılışlarında iştirak edib.

* Ölkə başçısı İlham  Əliyev noyabrın 2-də MDB İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə MDB-dən müşahidəçi missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Noyabrın 1-də dövlət başçısı  İlham Əliyev Pakistan Senatının Müdafiə komitəsinin sədri Müsahid Hüseyn Seyidin başçılıq etdiyi, Pakistan Senatının üzvlərindən ibarət olan nümayəndə heyətini qəbul edib.

* Prezident İlham Əliyev noyabrın 1-də  Malta parlamentinin spikeri Anqlu Farucanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Noyabrın  1-də  Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev  Bakıdakı  6 saylı seçki məntəqəsində səs verib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov