Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Bakı Dövlət Universitetinin AMEA-da Elm və Tədris Mərkəzi yaradılıb

 

Böyütmək üçün seçinAzərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ərəfəsində Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin AMEA-nın  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaradılmış Elm və Tədris Mərkəzinin açılışı olub. İnstitutun Elmi Şurasının üzvləri, laboratoriya müdirləri və əməkdaşların iştirakı ilə keçirilən açılış mərasimində çıxış  edən rektor, akademik Abel Məhərrəmov deyib ki, mərkəz BDU və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılıb.

Rektor Abel Məhərrəmov BDU ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında elmi-pedaqoji əməkdaşlığın tarixinin 2004-cü ildə biologiya fakültəsinin nəzdində yaradılmış “Torpaqşünaslıq” kafedrası ilə başladığını qeyd edib. Onu da bildirib ki, hazırda  ekologiya və torpaqşünaslıq fakültəsində bir sıra ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasında, o cümlədən birgə konfransların təşkilində əlaqələr uğurla davam etdirilir. Yeni yaradılan Mərkəzin tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantların tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması  baxımından əhəmiyyətli olduğunu söyləyib.

Sonra AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev və professor Paşa Zamanov çıxış edərək əməkdaşlığın bundan sonra daha səmərəli şəkildə davam edəcəyinə əminliklərini ifadə ediblər.

Sonda tədbir iştirakçıları institutun elmi-tədqiqat laboratoriyaları,  Torpaq muzeyi ilə yaxından tanış olublar.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov