Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

 Bayrağımız şanlı tariximizdir

 

Böyütmək üçün seçin“Naxçıvan” Universitetinin konfrans zalında ali təhsil ocağının pedaqoji fakültəsinin tələbələrinin təşkilatçılığı ilə  9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız şanlı tariximizdir” mövzusunda tədbir keçirildi.Tədbir başlamazdan  əvvəl Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra qürur mənbəyimiz olan bayraq səhnəyə gətirildi.

Ulu öndərin milli mənafelərə əsaslanan siyasətinin bütün sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdıran aparıcılar bildirdilər ki, Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur. Ölkə başçısı 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu ilin noyabrında isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. O vaxtdan bəri noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü  kimi qeyd olunur.

Vurğulandı ki, Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini bir daha göstərir.

Tədbirin bədii hissəsində tələbələrin ifasında bayrağımızı tərənnüm edən şeirlər, bir-birindən rəngarəng musiqi nömrələri səsləndirildi,  rəqslər ifa olundu. Sonda tədbirə ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli yekun vurdu, bayrağımızı əks etdirən slayd və tələbələrin hazırladıqları videoçarx nümayiş etdirildi. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov