Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Ana öyüdü
(hekayə)

 

Səxavət TAĞLAR (TAĞIYEV),
İmişli rayon Əliqulular kənd tam orta məktəbinin direktoru, əməkdar müəllim

 

...Müharibənin ilk günləri idi. Orta məktəbi yenicə bitirmiş Azər anasına (uşaq ikən atasını itirmişdi) demədən könüllülərdən ibarət dəstəyə üzv yazıldı.

Bunu eşidən anası Anaqız:

- A bala, deyir müharibəyə gedirsən?!

- Bəli, anacan! Müharibəyə gedirəm! Qonşumuz Sabir kişinin oğlu Əsədin qisasını almağa! O, ölməli oğul deyildi...

Ana oğlunu dilə tutdu:

- Bala! Tək oğlansan. Sənin müharibədə nə işin?! Görmürsən dünya qana çalxanır.

- Yox! Ana! Nə olsun tək oğlanam?! Bəyəm Əsəd tək oğul döyüldü... Kəndimizin yaxınlığında gedən döyüşlərdə altı nəfər ermənini qanına-qaltan elədi... Silahlarını gətirib bizimkilərə verib, geri qayıdarkən düşmən gülləsinə tuş gəldi. Hayıf  Əsədə! Hayıf!!... Hər dəfə onun nişanlısı Nazlını görəndə vücudum titrəyir...

Ana təhər-töhür etməyə başladı:

- A bala, onsuz da qarşıda əsgərliyin var. Gedərsən, sənə hərbin sirlərini öyrədərlər! Lazım gəlsə döyüşə də apararlar...

- Yox eee..., ay ana! Bunlar hələ qarşıdadır. Uşaqlar mənə “Sən idmançısan, ölkə çempionusan... Kəndimizin müdafiəsinə gedək...” deyir.

Hərbi xidmət yaşına bir ay qalmış Azər anası ilə görüşüb, könüllülərdən ibarət dəstə ilə birlikdə kəndin müdafiəsinə yollandı.

...Ananın əli ev-eşik işlərinə yatmadı. “Axı, o uşaqdı, hərbi xidmət yaşı da tamam olmuyub”, - deyə düşündü.    

Azər isə doğulub boya-başa çatdığı kəndin müdafiəsi üçün könüllülərdən ibarət dəstədə xidmətilə öyündü.

...Gecə idi. Şaxtalı bir qış gecəsi. Quduzlaşmış düşmənin zirehli texnikaları od püskürürdü. Qığılcımlar  yeri-göyü işıqlandırırdı. Azəri döyüş yoldaşları arxa hissədə keşikçi qoymuşdular...

...Bir gün...İki gün...Balaca keşikçi irəli getməyə can atırdı. Hərbidən qayıtmış, qismən peşəkar olan döyüşçülər buna yol vermədi...

Səhərə yaxın olardı. Azər ona verilmiş tapşırıqları icra etsə də, anasının narahatçılığı onu rahat buraxmadı... Yadına anasının söylədikləri düşdü:

- Bala, bu ermənilər ki, var, çox xain və hiyləgər bir millətdir! Onlar yaxşılıq bilmir... Ömrü böyu ocağımızdan köz, bulağımızdan su götürüb, ocağımızda da, bulağımızda da  gözləri olub... Allah onlara lənət eləsin!

...Kasıb və tənha ana isə yataqda o qədər işğal olunmuş kəndləri, rayonları, bu dünyanın haqsızlıqlarını düşünmüşdü ki, yalnız sabaha yaxın yuxuya getmişdi.

...Ana hövlnak yuxudan oyandı. Artıq kəndin mal-qarası örüşdə idi. O, heyvanları növbəyə qoşa bilmədiyi üçün oğlu Azərin topladığı alafdan onların qabağına töküb, evə qayıtdı...

...Uşaq ikən oğlu Azərə dönə-dönə verdiyi öyüdlər kinolenti kimi beynində dolandı.

- Bu ermənilər ki, var, çox xain və hiyləgər bir millətdir! Onlar yaxşılıq bilmir... Ömrü böyu ocağımızdan köz, bulağımızdan su götürüb, ocağımızda da, bulağımızda da  gözləri olub...

Artıq saat 10 olardı. Azər sərhəd boyunca örüşdə otlayan kənd heyvanlarının içində öz mal-qaralarını görməyib, evlərinə doğru yollandı. Həyətə çatanda kənd poçtalyonu Əli kişi də burada idi. Komissarlıqdan Azərə hərbi xidmətə getmək üçün çağırış vərəqi gətirmişdi...

...Sevincdən Anaqız xala Azəri bağrına basdı. Göz yaşlarını gizlətmək üçün başını oğlunun sinəsinə söykədi. Ananın ürəyindən keçənləri Azər onun hissiyyatından duydu:  “Bala, bu ermənilər ki, var, çox xain və hiyləgər bir millətdir! Onlar yaxşılıq bilmir... Ömrü böyu ocağımızdan köz, bulağımızdan su götürüb, ocağımızda da, bulağımızda da  gözləri olub...Hərbinin sirlərini mükəmməl öyrən, döyüşə də getmək lazım gəlsə öndə get, haaa!  

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”   

[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov