Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Məktəblilər “Yaradıcı gənclərə dəstək olaq” layihəsinin fəal iştirakçılarıdır

 

Böyütmək üçün seçinBakı  Şəhəri  üzrə Təhsil  İdarəsinin  təşkilati  dəstəyi ilə  şəhərin  ümumtəhsil məktəblərində “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən “Yaradıcı  gənclərə  dəstək  olaq” layihəsi çərçivəsində tədbirlərə  başlanmışdır.

Aztəminatlı ailələrdən və xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər arasında ixtisaslaşmış fəaliyyətlərin təşkili yolu ilə gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması məqsədilə keçirilən  layihədə  məktəblilər   fokus  qruplara bölünərək ayrı-ayrı  istiqamətlər üzrə öz bilik və bacarıqlarını təkmilləşdirirlər.  Layihədə  şəhərin  5, 99, 193, 212, 246 və 247 nömrəli ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri də fəal iştirak ediblər.

Dərs ilinin əvvəlindən  başlayan layihəyə  2015-ci il  noyabrın sonunda yekun vurulacaqdır. Təşkil olunacaq  yekun sərgidə  layihə müddətində  məktəblilərin  hazırladıqları  əl işləri nümayiş  etdiriləcəkdir. 

R.RAMAZANOĞLU,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov