Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Azərbaycan Dillər Universitetində “dəyirmi masa” keçirildi

 

 Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) 9  noyabr - Dövlət  Bayraq Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin nümayəndələri və universitetin tələbələri iştirak edirdi.

Tədbir Azərbaycan Respublikası Dövlət himninin canlı ifası ilə açıldıqdan sonra müstəqillik uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev Dövlət bayrağının  dövlətçilik ənənələrinin vacib atributu, hakimiyyət və müstəqilliyin göstəricisi olmasından bəhs etdi. Dövlətin mövcudluğunu sübut edən bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət və ehtiram bəsləməyin vacibliyini vurğulayan prorektor tələbələrə sozügedən atributları daim uca tutmağı tövsiyə etdi.

Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxışında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan və müasir Azərbaycan  Respublikasına miras qalan üçrəngli  bayraq barədə ümumi məlumat verdi, onun rəngləri və üzərində əks olunan ay, ulduzun rəmzi mənalarını izah etdi. Çətin bir tarixi şəraitdə müstəqillik əldə etmiş dövlətin bayrağının bu gün dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanmasının qürurverici olduğunu deyən professor üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda ucalacağına əminliyini ifadə etdi.

Daha sonra tələbələr tərəfindən hazırlanmış və bayrağımızın tarixini ozündə əks etdirən videoçarxlar təqdim olundu. 

 Görüş müzakirələrlə yekunlaşdı. 

İctimaiyyətlə əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov