Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Dövlət Bayrağı Gününə həsr edilmiş konfrans

 

Noyabrın 6-da Gəncə Dövlət Universitetində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr edlmiş konfrans keçirilib. Universitetin elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə konfransı giriş sözü ilə açaraq qeyd edib ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar qəbul edib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərara əsasən milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilib. Həmin bayraq  1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da dövlət bayrağı kimi təsdiqlənib. 2009-cu ilin noyabr ayında isə   noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və həmin gün ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri, onun milli bayrağı - Dövlət bayrağıdır. Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, maddi və mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Azərbaycanın üçrəngli Dövlət bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı gerbimiz və himnimiz  kimi milli bayrağımıza da ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Konfransda Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Asif Məmmədovun “Bayrağımız bizim kimliyimizdir”, həmin kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Xatirə İlyasovanın “Azərbaycan bayrağının mənəvi ideoloji mənası”, ümumi tarix kafedrasının müəllimi Nurlana Həmzəyevanın “Bayrağımız qürur mənbəyimizdir” mövzularında məruzələri  dinlənilib.

Məruzələr ətrafında çıxışlar olub.

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov