Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

“Tələbə həftəsi” çərçivəsində görüş keçirilib

 

Azərbaycan Tələbələr Birliyinin elan etdiyi “Tələbə həftəsi” çərçivəsində ilk tədbir Bakı Dövlət Universitetində təşkil edilib. Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadənin iştirak etdiyi görüşü BDU-nun Tələbə-gənclər təşkilatının sədri Nicat Kərimov açaraq onun əhəmiyyətindən danışıb.

ATB-nin sədri Elvin Aslanov çıxışında “Tələbə həftəsi”nin önəmindən, tələbələrin ölkə həyatında tutduqları yerdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ali təhsilə, tələbələrə verdiyi önəmin göstəricisidir ki, son illərdə tələbələrin keyfiyyətli təhsil almaları, onların sosial rifah halının yaxşılaşdırılması  istiqamətində xeyli işlər görülür, ali təhsil sisteminin beynəlxalq keyfiyyət proqramlarına cavab verməsi üçün lazımi addımlar atılır.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və bu siyasət çərçivəsində tələbələrə göstərilən diqqətdən bəhs edib.

Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə tələbələrin karyera quruculuğu işində diqqət göstərməli olduqları məqamları vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr  aparılıb. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov