Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Konstitusiya Günü münasibətilə  tədbir

 

Böyütmək üçün seçin Bakı şəhəri 257 nömrəli tam orta məktəbdə 12 noyabr-Konstitusiya Günü münasibətilə  tədbir keçirilib. Dövlət himni və dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra ilə başlanan tədbirə təntənəli şəkildə Dövlət bayrağı gətirilib. Tədbiri giriş sözü ilə təhsil ocağının rəhbəri Qarat Qaratov açaraq məktəbin müəllim və şagird kollektivini,  tədbir iştirakçılarını 12 noyabr-Konstitusiya Günü münasibəti ilə təbrik edib. O, Konstitusiya Gününün yaranma tarixindən danışaraq ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra  həyata keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat verib.  Bildirib ki,  böyük siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində dövlətimiz  möhkəmləndi, ulu öndərin memarı olduğu müasir Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoydu.

Tədbirdə çıxış edən qonaqlar  Konstitusiyamızın hazırlanması və qəbulunda  misilsiz xidmətlər göstərmiş, şərəfli ömrünü xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarının yeni nəsillər üçün örnək olduğundan bəhs ediblər. Çıxışlarda vurğulanıb ki,  ulu öndərin siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən  ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq işləri nəticəsində son illər ölkəmiz daha da inkişaf edib, bütün sahələrdə uğurlar qazanılıb.

Şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar  ifa ediblər. Onlar  bu gün qarşımızda duran ən mühüm vəzifənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunaraq geri qaytarılması olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda Konstitusiya Gününə həsr olunmuş film nümayiş olunub. 

R.RAMAZANOĞLU,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov