Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Teatr məktəblilər üçün maraqlı tamaşalar hazırlayır

 

Azərbaycan Gənc Tamaşaçılar Teatrı məktəblilərin payız tətili günlərində maraqlı tamaşalarla çıxış edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın repertuarında orta məktəblərdə tədris olunan klassik və müasir dramaturgiya nümunələrinə geniş yer ayrılıb. Belə ki, noyabrın 11-dən 22-dək teatrda hər gün məktəblilər üçün “Hekayəti xırs quldurbasan” (M.F.Axundzadə), “Dəcəl keçi” (P.Nurəliyeva), “Çəkməli pişik” (Ş.Perro), “Çirkin ördək balası” (H.K.Andersen), “Qoğalın nağılı” (Xalq nağılı), “Biri vardı, biri yox” (Ə.Ol), “Qaraca qız” (S.S.Axundov, A.Şaiq), “Danışan gəlincik” (A.Şaiq) və “Balaca və damda yaşayan Karlson” (A.Lindqren) tamaşaları təqdim olunacaq.

Teatr eyni zamanda ali məktəb tələbələrini və axşam tamaşalarının daimi izləyicilərini də yaddan çıxarmayacaq. Axşam tamaşaçıları bu ərəfədə “Ağ ölüm” (V.Siqarev), “Hasarın o üzü” (Ə.Əmirli), “Romeo və Cülyetta” (U.Şekspir) və “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev) kimi maraqlı tamaşaları seyr edə biləcəklər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov